AZ

Edamdan 2 gün əvvəl ƏFV EDİLDİ

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ-nin Alabama ştatında ölüm hökmünə məhkum edilmiş Çarlz Bortanın ( Sonni ləqəbli) cəzası edama cəmi iki gün qalmış dəyişdirilib.

Milli.Az xəbər verir ki, Alabama qubernatoru Key Ayvi onun ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz edib.

Məlumata görə, Çarlz Börtan 1991-ci ildə Talladeqada avtomobil ehtiyat hissələri mağazasının qarətində iştirakına görə saxlanılıb. O, hadisə yerini tərk etdikdən sonra silahlı ortağı mağaza əməkdaşını güllələyərək öldürüb. Buna baxmayaraq, Börtan da cinayətin iştirakçısı kimi ölüm cəzasına məhkum edilib.

Diqqətçəkən məqam isə odur ki, tətikə basan şəxsə sonradan ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası verilib. Börtanın hökmü isə dəyişdirilmədən qüvvədə saxlanılıb və o, 30 ildən çox ölüm kamerasında gözləyib.

Qubernator Key Ayvi qərarını belə əsaslandırıb: bir cinayətdə birbaşa atəş açan şəxs edamdan yayındığı halda, digər iştirakçının edamı ədalətli deyil. Onun sözlərinə görə, bu vəziyyətdə yalnız bir nəfərin edam edilməsi vicdanlı qərar sayıla bilməz. /Musavat.com

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
2
news.milli.az

3Mənbələr