AZ

PİRANA kamikadze İDA-sı sürü hücum qabiliyyəti ilə diqqət çəkir

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən kamikadze tipli PİRANA insansız dəniz aparatı (İDA) suüstü hədəfləri sürü şəklində məhv edəcək.

MKE-dən “Poliqon”a  verilən məlumata görə, dəniz əməliyyatlarının gələcəyində insansız sistemlərin rolu hər keçən gün artır.

Bu sahədə fəaliyyətlərini sürətləndirən MKE, yalnız quru və hava platformaları ilə məhdudlaşmayaraq, dəniz mühiti üçün də yeni həllər hazırlayır. Bu çərçivədə ən çox diqqət çəkən məhsulların başında isə PİRANA kamikadze İDA gəlir.

Asimmetrik müharibə şəraiti nəzərə alınaraq, “Effektiv-Sadə-Ucuz” yanaşması ilə MKE mühəndisləri tərəfindən hazırlanan PİRANA, inventara daxil olduqda Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni zərbə gücünə çevriləcək.

PİRANA sadəcə təkbaşına deyil, həm də sürü konsepsiyası ilə hücum həyata keçirmək qabiliyyətinə malikdir. Əməliyyat zamanı sürüdə yer alan bəzi PİRANA-lar hədəf bölgəsində hərəkət edərək düşmənin radar və müdafiə sistemlərinin diqqətini üzərinə çəkir, dizaynı və xüsusi örtüyü sayəsində aşağı radar izinə malik olan digər PİRANA isə üzərindəki döyüş başlığı ilə aşkarlanmadan hədəfi məhv edir.

Kamikadze İDA radio tezliyi (RF) və (SATCOM) peyk rabitəsi vasitəsilə uzaqdan idarə oluna və ya avtonom rejimdə əməliyyat həyata keçirə bilir. Peyk vasitəsilə idarəetmə qabiliyyəti coğrafi məhdudiyyətləri aradan qaldıraraq, İDA-nın minlərlə kilometr uzaqdan fasiləsiz şəkildə yönləndirilməsinə imkan verir. Beləliklə, əməliyyat məsafəsi problemi tamamilə aradan qaldırılır.

40 düyündən (knot) artıq sürəti və yüksək manevr qabiliyyəti sayəsində sürətli müdaxilə tələb edən ssenarilərdə mühüm üstünlük təmin edən PİRANA, daşıdığı 100 kiloqramlıq döyüş başlığı və 200 dəniz milini aşan əməliyyat mənzili ilə uzun məsafələrdə də tapşırıqları uğurla yerinə yetirə bilir.

2025-ci ildə həyata keçirilmiş sınaq fəaliyyətlərində PİRANA təxminən 3,5 metr ölçüsündə olan bir hədəfi dəqiq zərbə ilə vuraraq məhv etmişdi. PİRANA-nın sınaq prosesində diqqət çəkən digər mühüm inkişaf isə pilotsuz uçuş aparatları ilə qurulan inteqrasiya olmuşdu. 2025-ci ilin iyun ayında baş tutmuş testlər zamanı “TCG Anadolu”, “Bayraktar TB3” və PİRANA kamikadze İDA arasında məlumat bağlantısı yaradılaraq sistemlərin birlikdə işləmə qabiliyyətləri sınaqdan keçirilmişdi.

Sınaq ssenarisində PİRANA ilkin mərhələdə “TCG Anadolu” üzərində yerləşən komanda-idarəetmə stansiyasından idarə edilmişdi. Daha sonra idarəetmə gəmidən havaya qalxan “Bayraktar TB3” pilotsuz uçuş aparatına ötürülmüşdü. PUA üzərindən yönləndirilən sistem 3,5 metr ölçüsündə olan hədəfə dəqiq istiqamətlənərək uğurlu zərbə endirmişdi.

Bu sınaqla birlikdə PUA-ların İDA-ları idarə edə bilməsi istiqamətində Türkiyədə mühüm bir qabiliyyət nümayiş etdirilmişdi.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

WhatsApp

WhatsApp

Seçilən
80
poliqon.az

1Mənbələr