ain.az bildirir, Qol.az portalına istinadən.
Hakimi Afrika Kubokundan imtina etdi!
Mərakeş milli komandasının kapitanı Əşraf Hakimi 2025-ci il Afrika Millətlər Kubokunun titulundan imtina etdiyini açıqlayıb.
QOL. az xəbər verir ki, futbolçunun bu haqda fikirlərini “Citi Sports” saytı paylaşıb.
“Anam mənə bu kubokdan imtina etməyi məsləhət gördü. Mən də rəsmi şəkildə imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Finalı qazanmaq şansımız var idi, amma istifadə edə bilmədik. Futbol belədir - bəzən qalib gəlirsən, bəzən uduzursan. Seneqal milli komandası bizi ədalətli şəkildə məğlub etdi və qələbəyə layiq idi. Onların zəhmətinin sevincini əllərindən almaq ədalətsizlik olardı”, – deyə Hakimi bildirib.
PSJ-nin futbolçuau həmçinin Afrika Futbol Konfederasiyasının qərarına hörmət etdiyini, lakin bu kuboku qazanmadığını vurğulayıb və Seneqalı bir daha təbrik edib.
Xatırladaq ki, finalda Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, sonradan Mərakeş tərəfinin apellyasiyası təmin olunub və CAF oyuna texniki nəticə verərək (3:0) qalib kimi Mərakeşi elan edib.
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.