AZ

Elon Mask dələduzluq edib - Məhkəmə

ABŞ federal məhkəməsi Elon Maskın 2022-ci ildə adını "X" olaraq dəyişdirdiyi "Twitter" platformasını əldə etmə prosesində investorları yanıltdığına qərar verib.

Turkustan.az xəbər verir ki, hökmə görə, Maskın "bot" hesabları "Twitter" səhmlərinin dəyərində süni azalmaya səbəb olub.

Lakin münsiflər heyəti Maskın "Twitter" investorlarını aldatmaq üçün ümumi cinayətkar sxem işlətdiyi iddialarını əsaslı hesab etməyib.

Xatırladaq ki, 14 aprel 2022-ci ildə Elon Mask ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) şikayət ərizəsi təqdim edərək, bütün "Twitter" üçün səhm başına 54,2 dollar təklif edib. 25 aprel 2022-ci ildə şirkət satış üçün razılaşma əldə edildiyini açıqladı. /modern.az/

Seçilən
84
2
turkustan.az

3Mənbələr