AZ

Hidayət Heydərov mübarizəyə başlayır

style='margin-bottom:10px;'>

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 təmsilçisi mübarizəyə qoşulacaq.

Kamran Süleymanov (73 kq) Rey Marinsklə (Belçika), Hidayət Heydərov (73 kq) Zelemxan Batçayevlə (Belçika) qarşılaşacaq. Onlar mübarizəyə 1/8 finaldan başlayacaqlar.

Qadın cüdoçuların yarışında isə 1/16 finalda Südabə Ağayeva (70 kq) Nino Qulbani (Gürcüstan) ilə, Aytac Qardaşxanlı (70 kq) isə Şirincon Yuldoşovayla (Özbəkistan) üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Turan Bayramov (66 kq) ötən gün gümüş medal qazanıb.

Seçilən
48
2
teleqraf.com

3Mənbələr