AZ

Hidayət Heydərov mübarizəyə başlayır

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq.

Kamran Süleymanov (73 kq) 1/32 finalda Rey Marinsklə (Belçika), Hidayət Heydərov (73 kq) 1/16 finalda Zelemxan Batçayevlə (Belçika) qarşılaşacaq.

Qadın cüdoçuların yarışında isə 1/16 finalda Südabə Ağayeva (70 kq) Nino Qulbani (Gürcüstan) ilə, Aytac Qardaşxanlı (70 kq) isə Şirincon Yuldoşovayla (Özbəkistan) üz-üzə gələcək.

Xatırladaq ki, Turan Bayramov (66 kq) ötən gün gümüş medal qazanıb.

Seçilən
3
2
football-plus.az

3Mənbələr