AZ

Abbas Əraqçi: Atəşkəsi qəbul etmirik, müharibə tamamilə bitməlidir

BAKI, 21 mart. TELEQRAF

"Biz atəşkəsi qəbul etmirik, çünki ötən ilki ssenarinin yenidən təkrarlanmasını istəmirik. Müharibəni tamamilə bitirə biləcək hər hansı bir təşəbbüsü alqışlayırıq, bunları dinləməyə və nəzərdən keçirməyə hazırıq".

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo News" agentliyinə müsahibəsində deyib.

Nazir münaqişənin dayandırılması üçün konkret şərtlərin vacibliyini vurğulayıb:

"Müharibə tamamilə və daimi olaraq sona çatmalı, bu vəziyyətin bir daha təkrarlanmayacağına dair təminatlar verilməlidir. Həmçinin, İrana dəymiş zərərlər kompensasiya edilməlidir".

Əraqçi hazırda bəzi ölkələrin həll yolu axtarmasına baxmayaraq, ABŞ-nin prosesə mane olduğunu iddia edib:

"Görünən odur ki, ABŞ öz təcavüzünü dayandırmağa hazır deyil. Buna görə də biz özümüzü müdafiə etməyə davam edirik. Bizim etdiklərimiz yalnız özünümüdafiədir. Nə qədər və nə vaxta qədər lazımdırsa, özümüzü müdafiə etməyə davam edəcəyik".

Seçilən
65
1
teleqraf.com

2Mənbələr