"Biz atəşkəsi qəbul etmirik, çünki ötən ilki ssenarinin yenidən təkrarlanmasını istəmirik. Müharibəni tamamilə bitirə biləcək hər hansı bir təşəbbüsü alqışlayırıq, bunları dinləməyə və nəzərdən keçirməyə hazırıq".
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo News" agentliyinə müsahibəsində deyib.
Nazir münaqişənin dayandırılması üçün konkret şərtlərin vacibliyini vurğulayıb:
"Müharibə tamamilə və daimi olaraq sona çatmalı, bu vəziyyətin bir daha təkrarlanmayacağına dair təminatlar verilməlidir. Həmçinin, İrana dəymiş zərərlər kompensasiya edilməlidir".