AZ

12 nəfərin öldüyü “Qiyamət” görüntüləri İLK DƏFƏ üzə çıxdı – ŞOK VİDEO

Braziliyada 2024-cü il dekabrın 22-də baş verən və 12 nəfərin həyatını itirdiyi ən böyük faciələrdən birinə aid dəhşətli görüntülər yayılıb.

Musavat.com-un xəbərinə görə, Juscelino Kubitsçek de Oliveira körpüsü faciəsinin
yeni görüntüləri üzə çıxıb.

Kadrlarda təxminən 50 metr hündürlükdə yerləşən nəhəng beton konstruksiyanın qəfildən çökməyə başladığı görünür. Körpünün üzərindəki yük maşınları və avtomobillər Tokantins çayının dərinliyinə enir.

Rəsmi məlumatlara görə, körpünün çökməsi nəticəsində 4 yük maşını, 2 minik avtomobili və 2 motosiklet çaya düşüb. Faciə zamanı 12 nəfərin cəsədi tapılıb.

Kadrlarda körpünün giriş hissəsində yük maşını axınının olduğu diqqət çəkir. Çökmənin isə məhz orta hissədən başlaması korroziya ehtimalını gücləndirir.

Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr