Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri bu gün axşam Şarqiyyə regionu səmasında 2 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"Unikal" xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.
O bildirib ki, gün ərzində isə adıçəkilən region üzərində ümumilikdə 3 PUA vurulub.