AZ

Cüdoçumuz “Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniribaşlayıb.

Trend-inməlumatına görə, Dünya Cüdo Turunun mərhələsi olan yarışın ilkgünündə komandamız bir medal qazanıb.

-66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov finalayüksəlmək üçün Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstanidmançılarını ipponla məğlub edib.

Finalda Qazaxıstan təmsilçisi Nurkanat Serikbayevə yuko xalı iləuduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Bu nəticə 23 yaşlı idmançımız üçün yeni çəki dərəcəsində ilk,ümumilikdə isə karyerasında dördüncü “Böyük Dəbilqə” medalıolub.

Məqalədə:
Seçilən
71
1
az.trend.az

2Mənbələr