AZ

Rusiya Moskva yaxınlığında özünə məxsus mülki təyyarəni vurdu...-"MNS"

20 mart cümə günü Rusiyanın Moskva vilayətində qəzaya uğrayan yüngül təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş ola biləcəyi ehtimal olunur. Çox güman ki, səhvən Ukraynaya məxsus PUA kimi qeydə alınıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "MNS" telegram-kanalı  öz mənbələrinə istinadla məlumat yayıb.
 
Hadisə Moskva vilayətinin Kolomna şəhəri yaxınlığında baş verib. Təyyarə Oka çayı yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan iki nəfər həlak olub.
 
Rusiya mülki təyyarəsinin qəzaya uğraması Moskvaya dron hücumları barədə xəbərlər fonunda baş verib.
Seçilən
93
2
moderator.az

3Mənbələr