AZ

Qətərdə keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatı ləğv edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 21 mart, AZƏRTAC

Aprelin 15-dən 18-dək Qətərdə keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatı ləğv edilib. Bu qərar yarış üçün nəzərdə tutulan cihaz və avadanlıqların çatdırılmasında yaranan logistik çətinliklərlə bağlı qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası açıqlama yayıb.

Qeyd olunur ki, yarışın təxirə salınması beynəlxalq yarış təqviminə, o cümlədən Afrika, Avropa və Asiya qitə çempionatlarına, həmçinin bu il Niderlandda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatına mənfi təsir göstərə bilər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
7
azertag.az

10Mənbələr