AZ

ABŞ və müttəfiqləri Yaxın Şərqdən Hind-Sakit Okean regionuna keçir

ABŞ və müttəfiqləri Asiyadakı potensial alovlanma nöqtələrinə daha yaxın raket sistemlərinin, dronların və sursatların yerləşdirilməsini və istehsalını artırmaq niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə "Rueters" agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton tərəfindən 2024-cü ilin may ayında yaradılan Hind-Sakit Okean Sənaye Dayanıqlığı Tərəfdaşlığı (PIPIR) Yaponiya ilə birgə raket mühərrikləri istehsalı üçün yeni bir proqrama başlamaq, Asiyada pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı genişləndirmək və Filippində sursat istehsalı xəttinin açılması imkanlarını araşdırmağı özündə ehtiva edir.

Müvafiq razılaşmalar çərşənbə günü keçirilən assosiasiya iştirakçılarının virtual görüşünün ardından əldə edilib. Pentaqon qrupa iki yeni üzvün - Tailand və Birləşmiş Krallığın qoşulduğunu açıqlayıb. Bununla da, PIPIR iştirakçılarının ümumi sayı Hind-Sakit Okean regionu və Avropadan olmaqla 6 ölkəyə çatıb.

Bəyanata görə, Yaponiya bir çox dəqiq idarə olunan silah növlərində istifadə olunan bərk yanacaqlı raket mühərriklərinin istehsalı üzrə yeni proqramda aparıcı rol oynayacaq. Vaşinqton bu addımı ABŞ xaricində əsas silah komponentlərindən biri üçün istehsal gücünü genişləndirmək yolu kimi görür.

Dron sektorunda iştirakçılar batareyalar və kiçik mühərriklər üzrə əməkdaşlıq da daxil olmaqla, kiçik hərbi dronlar üçün vahid standartlar və regional təchizat zəncirləri hazırlamaq barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər müxtəlif hərbi missiyalar üçün PUA-ların birgə hazırlanması perspektivlərini araşdırmaq niyyətindədirlər.

Sursat sahəsində tərəfdaşlıq üzvləri Filippində təyyarələrdə və yerüstü hərbi nəqliyyat vasitələrində istifadə üçün 30 mm-lik sursatların doldurulması, yığılması və qablaşdırılması üçün yeni bir müəssisənin yaradılması imkanını da nəzərdən keçirəcəklər.

Seçilən
112
far.az

1Mənbələr