NATO orada olan bütün qoşunlarını İraqdan Avropaya təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç açıqlama verib.
O bildirib ki, bu addım yerli ordunu yetişdirmək üçün təlim missiyasının bir hissəsi olaraq atılıb. Qoşunların təxliyə edilməsi Yaxın Şərqdəki müharibə səbəbindən Avropa hərbi heyətinə qarşı yaranan təhlükəsizlik təhdidləri ilə əlaqədardır.