"Xəmsə" milli intellektual komandasının yaradıcısı Faiq Hüseynov dünyasını dəyişib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Onun hansı səbəbdən vəfat etməsi isə hələlik məlum deyil.
Qeyd edək ki, Faiq Hüseynov 2007-ci ildə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olmuşdu.
Qafqazinfo
Tarix: 20 Mart 2026, 23:26