AZ

“Real”ın futbolçusu Argentina millisinə çağırılıb

Argentina milli komandası heyətinə daha iki futbolçu çağırılıb.

90deqiqe.Az-ın məlumatına görə, yığmanın baş məşqçisi Lionel Skaloni “Real”ın yarımmüdafiəçisi Franko Mastantuono və “Strasburq” klubunun hücumçusu Xoaqin Panikellini yığmaya dəvət edib.

Mart ayında Argentina yığması Mavritaniya və Qvatemala millilərinə qarşı yoldaşlıq oyunları keçirəcək. Hər iki qarşılaşma Bombonera stadionunda baş tutacaq.

Əvvəl planlaşdırılan Argentina – İspaniya Finalissima matçı ləğv olunub. Yekun siyahıda isə Lionel Messi də yer alıb.

Seçilən
67
90deqiqe.az

1Mənbələr