AZ

30 yaşında milyonçu oldu, amma çox peşmandır

30 yaşına çatmamış xəyallarındakı sərvətə qovuşan Airic Z. bu uğur üçün ödədiyi ağır bədəli ictimaiyyətlə bölüşüb. Kanadada mühacir ailəsində böyüyən və uşaqlıqdan qənaətcillik ruhunda yetişən gənc 21 yaşından etibarən maaşının ən azı 50%-ni kənara qoymağa başlayıb.

Publika.az xəbər verir ki, Airic Z.-nin topladığı sərvətin arxasında şəxsi rahatlıq və sağlamlıqdan verilən ciddi güzəştlər dayanır.

Maddi qənaət naminə eyni yastıqdan 12 il istifadə edib. Yalnız xroniki baş ağrıları başladıqdan sonra yeni yastıq almağa qərar verib.

23 yaşına qədər elektrikli diş fırçası əvəzinə ucuz mexaniki fırçalardan istifadə edib. Nəticədə çox sayda diş dolğusu etdirmək məcburiyyətində qalıb və sonradan anlayıb ki, keyfiyyətli fırçaya keçmək uzunmüddətli perspektivdə daha ucuzdur.

Corablarını yeniləmədiyi üçün ayaqlarında yaralar yaranıb. Qış aylarında isə isitmə xərclərinə qənaət etmək üçün soyuq evdə yaşayıb, bu isə onun iş məhsuldarlığını aşağı salıb.

Seçilən
111
4
publika.az

6Mənbələr