AZ

Ukraynalılar Yaxın Şərqdə dron vurmağa gedir – Pentaqondan ÇAĞIRIŞ

“The Times” qəzetinin yazdığına görə, hazırda Yaxın Şərqdəki Amerika bazalarına hücumlar üçün istifadə edilən “Shahed” pilotsuz uçuş aparatlarına (PUA) qarşı Ukrayna hərbçilərinin böyük təcrübəsi olsa da, ABŞ Prezidenti Donald Tramp Kiyevin bu sahədə yardım təklifini rədd edib. Tramp məsələyə münasibətini sərt şəkildə ifadə edərək, “(Ukrayna Prezidenti Volodimir) Zelenski bizə kömək edəcək ən sonuncu adamdır” deyib.

NOCOMMENT.az xəbər verir ki, buna baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) artıq Fars körfəzi ölkələrində olan ukraynalı məsləhətçilərin prosesə cəlb olunmasını istəyib. Bu barədə “The Times” nəşrinə Ukrayna Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti məlumat verib.

Ukraynalı zabit region ölkələrinin bir hədəfi vurmaq üçün səkkizə qədər “Patriot” raketindən (hər birinin dəyəri 3 milyon dollardan çoxdur) istifadə etməsi xəbərinə təəccübləndiyini bildirib. O qeyd edib ki, ucuz dronlara qarşı bu dərəcədə baha başa gələn sistemlərin tətbiqi səmərəli deyil. Müqayisə üçün o vurğulayıb ki, Ukrayna hərbçiləri Rusiyanın ballistik hədəflərini zərərsizləşdirmək üçün adətən cəmi bir və ya iki raket sərf edirlər.

Sara,
NOCOMMENT.az

Seçilən
94
50
nocomment.az

10Mənbələr