AZ

Ukrayna Yaxın Şərqə GİRDİ: "Şahed" ovçuları İŞ BAŞINDA

Ukraynalı mütəxəssislər Fars körfəzinin bəzi ölkələrinə İran dronlarını zərərsizləşdirməkdə kömək edirlər.

Musavat.com xəbər verir ki, BBC-nin Ukrayna xidmətinin məlumatına görə, ukraynalılar artıq bu regionun ölkələrindən birində bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla vurublar.

Jurnalistlər qeyd edirlər ki, Fars körfəzindəki gərginlik fonunda Ukrayna istehsalı olan zenit dronları (tutucu dronlar) getdikcə daha çox tələb olunur. Ukrayna rəsmiləri artıq 11 ölkədən dron tədarükü üçün müraciət aldıqlarını və kömək məqsədilə regiona təxminən 230 nəfərlik hərbi operator qrupunun göndərildiyini bildiriblər.

Məlumata görə, Ukrayna tutucu dronlarının orta qiyməti komplektasiyadan asılı olaraq cəmi 1-2 min dollar təşkil edir. Bu, İran PUA-larını məhv etmək üçün bahalı hava hücumundan müdafiə sistemlərinin raketlərindən istifadə etməkdən qat-qat ucuzdur.

Bəzi Ukrayna istehsalçıları jurnalistlərə açıqlamalarında Fars körfəzi və Yaxın Şərq ölkələrindən, eləcə də vasitəçilərdən onlarla kommersiya təklifi aldıqlarını bildiriblər.

Onların sözlərinə görə, bütün sifarişçilər regiona on minlərlə Ukrayna dronunun ixrac edilməsində maraqlıdırlar və hətta onları Ukraynadakı bazar qiymətindən baha almağa hazırdırlar.

Bundan əvvəl "The Telegraph" qəzeti yazıb ki, Ukrayna hərbçiləri və dron ekspertləri Yaxın Şərq ölkələrinin və onların qərbli müttəfiqlərinin İranın zərbə dronlarına qarşı mübarizədə çətinlik çəkməsini təəccüblə izləyirlər.

Nəşrin məlumatına görə, Ukrayna ordusu Rusiya ilə genişmiqyaslı müharibə illərində PUA-larla mübarizədə unikal təcrübə toplayıb və özünəməxsus tutma üsulları hazırlayıb.

Lakin İran ətrafında münaqişənin alovlandığı Yaxın Şərqdə bir çox ölkələr bu növ təhdidlərə qarşı daha az hazırlıqlı görünüblər.

Musavat.com

Seçilən
18
1
musavat.com

10Mənbələr