AZ

Bayram günü Neftçalada FACİƏ: İki qardaş qəzada öldü FOTO YENİLƏNİB

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.

Qeyd edək ki, yeniyetmələrin valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.

Faktla bağlı araşdırma aparılır.

***11:11

Neftçala rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qazaxbərəsi kənd sakinləri ilan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
avtosfer.az

1Mənbələr