AZ

Rusiya Ukrayna münaqişəsi ilə bağlı görüşdə iştirak etməyəcək

"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-də keçiriləcək görüşdə iştirak etməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən xəbər yayıb.

O bildirib ki, bu təmaslar Kiyev və Vaşinqton nümayəndələri arasında baş tutacaq.

Xatırladaq ki, Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı görüş martın 21-də ABŞ-də keçirilə bilər.

 

Seçilən
47
2
bakivaxti.az

3Mənbələr