AZ

DİM-ə açıq çağırış: “Əgər səhv edirəmsə, üzr istəyəcəm” – 2026 imtahanları ilə bağlı GƏRGİNLİK

Təhsil eksperti Ramin Nurullayev 2026-cı il buraxılış imtahanlarının səviyyəsi ilə bağlı diqqətçəkən açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, builki imtahanlar son iki ilin nəticələri ilə müqayisədə daha çətin olub.

Onun sözlərinə görə, əvvəlki illərin statistikası bunu müqayisə etmək üçün əsas meyar olacaq:

* 2024-cü ildə maksimum – 300 bal toplayanların sayı: 55 nəfər
* 2025-ci ildə maksimum – 300 bal toplayanların sayı: 45 nəfər
* 2026-cı ildə maksimum – 300 bal toplayanların sayı: ?

R.Nurullayev qeyd edib ki, yekun nəticələr açıqlandıqdan sonra real mənzərə ortaya çıxacaq.

O, xüsusilə Dövlət İmtahan Mərkəzinə çağırış edərək son üç ilin tam statistik göstəricilərinin ictimaiyyətə təqdim olunmasını istəyib.

Ekspert kifayət qədər qəti mövqe nümayiş etdirib:

“Əgər bu qəbul ili digər iki ildən çətin olmazsa, mən DİM rəhbərliyindən və müəllimlərdən üzr istəyəcəyəm və bir daha çətinlik iddiası etməyəcəyəm”.

Mövzu ilə bağlı yekun qiymətləndirmənin gələn ay imtahan nəticələri elan edildikdən sonra daha da aydınlaşacağı gözlənilir.

Nərmin
NOCOMMENT.az

Seçilən
60
nocomment.az

1Mənbələr