AZ

Həyat yoldaşı "Toppuş bacı" ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı süni intellektlə video hazırlayanlara müraciət edib.

O, aktrisanın məzarının o cür nümayiş edilməsini istəmədiyini bildirib:

"Bəzən proqramla düzəldilən görüntülər qarşıma çıxır: Tünzalə məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta məhv edir. Bəzən onu edən qardaş, bacılarımıza əsəbləşirəm. Sonra deyirəm, onlar da pul üçün edir, anlamağa çalışıram. Bunun əvəzinə olmazmı hər kəs öz ailəsindən birini etsin, başqalarına toxunmasın? Əminəm, pis niyyətləri yoxdur, amma bilin ki, bizə çox pis təsir edir".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. (Axşam.az)

Seçilən
49
8
musavat.com

9Mənbələr