AZ

Həyat yoldaşı Toppuş bacı ilə bağlı bu paylaşımlara əsəbiləşdi

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı süni intellektlə video hazırlayanlara müraciət edib.

Axşam.az xəbər verir ki, o, aktrisanın məzarının o cür nümayiş edilməsini istəmədiyini bildirib:

"Bəzən proqramla düzəldilən görüntülər qarşıma çıxır: Tünzalə məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta məhv edir. Bəzən onu edən qardaş, bacılarımıza əsəbləşırəm. Sonra deyirəm, onlar da pul üçün edir, anlamağa çalışıram. Bunun əvəzinə olmazmı hər kəs öz ailəsindən birini etsin, başqalarına toxunmasın? Əminəm, pis niyyətləri yoxdur, amma bilin ki, bizə çox pis təsir edir".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
8
axsam.az

9Mənbələr