AZ

AZAL təyyarəsinin qəzası ilə bağlı YENİ XƏBƏR

Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın da daxil olduğu beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması davam edir:

"Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerlərin, naviqasiya avadanlıqlarının, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda yekunlar vurulur, bu nəticələr həmin komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".

K.Bozumbayev vurğulayıb ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir:

"Beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində yekun vurmalıdır. Bu, texniki hissəyə aiddir"./Report

Seçilən
59
9
bakivaxti.az

10Mənbələr