AZ

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfərə gəlib.

Aznews.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Məmməd Talıbov, eləcə də vətəndaş cəmiyyəti və analitik mərkəzlərin nümayəndələri ilə səmərəli və məzmunlu görüşlər keçirilib.

Müzakirələr Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesi, regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişafı kimi geniş spektrli mövzuları əhatə edib.

Seçilən
25
15
aznews.az

10Mənbələr