AZ

İranın müxtəlif şəhərlərinə genişmiqyaslı zərbələr endirilib

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İranın paytaxtı Tehran da daxil olmaqla, ölkənin bir neçə strateji şəhəri gecə saatlarında genişmiqyaslı hücumlara məruz qalıb.

Teleqraf xəbər verir ki, ilk hücum dalğası təxminən gecə yarısı paytaxt Tehranın şərq hissəsində qeydə alınıb.

Məlumata görə, əməliyyatlar təkcə paytaxtla məhdudlaşmayıb. Kərəc, Kirman, Lengeh şəhərində də partlayış səsləri eşidilib.

Gecə yarısından başlayan silsilə hücumların bir neçə saat əvvələ qədər davam etdiyi bildirilir. Hazırda hücumların dəqiq hədəfləri, vurulan ziyanın miqyası və ya itkilər barədə rəsmi məlumat təqdim edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
sherg.az

2Mənbələr