AZ

Seneqalın çempionluq kuboku hərbi bazaya yerləşdirildi - Video

style='margin-bottom:10px;'>

Seneqal milli komandasının baş məşqçisi Pap Tyav (Pape Thiaw) Afrika Millətlər Kubokunun kubokunu hərbi bazaya aparıb.

QOL.az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, kubok hazırda silahlı mühafizə altında xüsusi bir obyektə yerləşdirilib.

Bu addım Afrika Futbol Konfederasiyasına (CAF) açıq mesaj kimi qiymətləndirilir. Seneqal tərəfi kuboku geri qaytarmaq niyyətində olmadığını göstərir.

Qeyd edək ki, CAF bu günlərdə Seneqal millisinin Afrika Millətlər Kubokunun finalındakı hərəkətlərini əsasnamə pozuntusu kimi qiymətləndirərək qalib komandaya texniki məğlubiyyət verib. Qurum titulu Seneqaldan alaraq Mərakeş milli komandasını yarışın qalibi elan edib. 

Lakin Seneqal tərəfi bu qərarı ədalətsiz sayır və oyunun meydanda qazanıldığını vurğulayır. Komanda daxilində hesab olunur ki, matçın nəticəsi dəyişdirilməməli idi və bu addım futbol prinsiplərinə ziddir. Bu səbəbdən də kubokun qaytarılması məsələsində mövqelərinin dəyişməyəcəyi bildirilir.

Seçilən
51
teleqraf.com

1Mənbələr