AZ

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 13%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla İran İslamRespublikası arasında ticarət əməliyyatlarının həcmi 117,6 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 13,3 milyon ABŞ dolları və ya 12,8% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,88%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədəqərarlaşıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İrana 2,4 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 52 min ABŞ dolları və ya 2,1% azdır.

Hesabat dövründə İrandan Azərbaycana isə 115,3 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 13,1%artım deməkdir. Bununla da hesabat dövründə İran Azərbaycanın ənçox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədəqərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.

Məqalədə:
Seçilən
71
2
az.trend.az

6Mənbələr