AZ

İmişli Neftçi nin qonağıdır

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misli Premyer Liqasının 25-ci turunun üçüncü oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "İmişli"ni qonaq edəcək.

Hazırda aktivində 34 xal olan və tirnir cədvəlinin 6-cı pilləsində qərarlaşan meydan sahibləri avrokuboklara vəsiqə qazanmağa çalışır. Qonaqlar isə 22 xalla 9-cudur. "Pələnglər"in cari mövsümdə əsas məqsədi elitada qalmaqdı ki, bu missiya böyük ölçüdə yerinə yetirilib. 

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXV tur

19:15. "Neftçi" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin BayramovVAR: İnqilab MəmmədovAVAR: Kamran BayramovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Elgiz AbbasovBakı. "Palms Sports Arena",

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
149
sport24.az

1Mənbələr