Misli Premyer Liqasında XXV tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü günündə daha iki matç baş tutacaq.
Əvvəlcə "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq. Yevlaxda keçiriləcək və saat 15:00-da start götürəcək qarşılaşmanı gənc baş hakim Əli Əliyev idarə edəcək.
Günə “Neftçi” - “İmişli” matçı ilə yekun vurulacaq. Yeni FİFA referisi Tural Qurbanov “Palms Sports Arena” keçiriləcək oyunun start fitini 19:15-də səsləndirəcək.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Şamaxı"nı, "Zirə" isə "Karvan-Yevlax"ı 1:0, "Sabah" isə "Sumqayıt"ı 3:1 hesabı ilə üstələyib.
Tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
XXV tur
20 mart
15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov, Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu.
19:15. “Neftçi” - “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov, Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sports Arena”.
