AZ

Ev dağıdan ağac... Əncir ağacının altında yatmamaq inancının kök ündə hansı səbəblər var? Video

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Əncir ağacının altında yatmamaq inancı qədim xurafatlardan qaynaqlanır. İnanclara görə, əncir ağacları geniş yarpaqlarına görə çox miqdarda kimyəvi maddə ifraz edir ki, bu da bəzi insanları narahat edə bilər. Lakin bu təsir yuxuya mane olacaq qədər güclü deyil.

Əncir ağacının güclü kökləri su borularına, kanalizasiya xətlərinə və yaxınlıqdakı binaların təməllərinə təhlükə yarada bilər, buna görə də evlərin yaxınlığında əncir ağacları əkmək tövsiyə edilmir.

Gecə ov edən ilanlar əncir ağaclarının alt tərəfində və budaqlarında məskunlaşa bilər. Buna görə də, ilanların düşmə qorxusu səbəbindən onların altındakı ərazilərdən çəkinmək lazım olduğu deyilir. Bu səbəbdən də, evinizin qarşısında əncir ağacı əkməyin. Kölgə üçün əkəcəksinizsə belə, əkməyin.

Əncir ağacının kökləri olduqca sıxdır və ətrafa yayılır, eyni zamanda güclü və genişdir. Onlar həmçinin suyu sevirlər. Digər köklər kimi, bir maneə ilə qarşılaşdıqda, bir kök onu dolamaq əvəzinə deşəcək. Əncir ağacının kökləri hətta beton və ya plastiki də deşə bilir. Buna görə də, evin yaxınlığında əncir ağacı əkmək həmin evi batırmaq deməkdir.

Əncir suya qaçan bitkidir. Əncir ağacının kökləri su tapmaq üçün metrlərlə yeraltına uzanır. Əncir kökü su tapmaq üçün yerin 10-15 metr dərinliyinə uzana bilir. Əncirlərin evdən uzaqda əkilməsinin səbəbi də budur.

Türklərin məşhur bir atalar sözü var: “Ocağıma əncir ağacı tikildi”… Əncir ağacı dağıdıcı olduğu üçün ailəsi, evi dağılan insanlar adətən bu ifadələrdən istifadə edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr