AZ

ABŞ yanacaq ixracına məhdudiyyət tətbiq etməyi planlaşdırmır

Bakı. Trend:

ABŞ digər ölkələrə neft və qaz tədarükünü azaltmaq niyyətindədeyil.

Trend xəbər verir ki, bubarədə ABŞ-nin energetika katibi Kris Rayt “X” sosial şəbəkəsindəpaylaşım edib.

O bildirib ki, ABŞ administrasiyası neft və qaz ixracına hərhansı məhdudiyyət qoymağı nəzərdən keçirmir və əlavə edib ki, ölkədünyanın ən iri neft və təbii qaz istehsalçısıdır.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbiəməliyyatların yaratdığı enerji böhranı fonunda yanacaq ixracınamümkün məhdudiyyətlərlə bağlı ehtimallar artıb.

Eyni zamanda, ABŞ-də avtomobil yanacağının qiyməti kəskinyüksələrək son iki il yarımın ən yüksək həddinə çatıb. AAAAvtomobil Assosiasiyasının məlumatına əsasən, martın 18-də ölkəüzrə orta qiymət bir qallon üçün 3,84 dolları ötüb. ABŞ və İsrailinİrana hücumlarından (28 fevral) əvvəl isə istehlakçılar təxminən2,98 dollar ödəyirdilər. Mövcud qiymətlər 2023-cü ilin sentyabrayından bəri qeydə alınan ən yüksək səviyyədir.

Seçilən
95
1
az.trend.az

2Mənbələr