AZ

Türkiyədə Qara dəniz sahilinə raket başlığı tapılıb

BAKI, 20 mart. TELEQRAF

Türkiyədə Qara dənizin İstanbulun şimalında yerləşən sahilinə raket başlığı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Bildirilir ki, döyüş sursatı Yalıköy kəndinin çimərliyində yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb olunan istehkamçılar sursatı zərərsizləşdiriblər.

Raket başlığının mənşəyi barədə məlumat verilməyib.

Seçilən
107
teleqraf.com

1Mənbələr