AZ

İsrail ordusu İranda bir sutkada 130 hədəfin vurulduğunu açıqlayıb

BAKI, 20 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu son 24 saat ərzində İranın qərb və mərkəzi bölgələrində 130 hədəfə zərbə endirildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, martın 19-da İsrail Hərbi Hava Qüvvələri SAXAL-ın kəşfiyyat məlumatları əsasında İranın qərb və mərkəzi hissələrində yerləşən 130 hədəfə hücum edib.

İsrail hərbçilərinin məlumatına görə, zərbələr əsasən ballistik raketlərin buraxılış qurğularına, pilotsuz uçuş aparatlarına və hava hücumundan müdafiə sistemlərinə endirilib.

Seçilən
101
teleqraf.com

1Mənbələr