AZ

Aİ sammiti ABŞ-a hərbi dəstəklə bağlı yekun qərar qəbul edə bilmədi

Aİ sammiti ABŞ-a hərbi dəstəklə bağlı yekun qərar qəbul edə bilmədi

Avropa İttifaqı (Aİ) sammiti İranla münaqişədə ABŞ-a hərbi dəstək verilməsi barədə qərar qəbul edə bilməyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birlik sammitinin Yaxın Şərqlə bağlı yekun bəyanatında qeyd olunur. Sənəddə vurğulanır ki, Aİ yalnız Somalinin sahillərində və Qırmızı dənizdəki missiyalarında gəmilərin sayının artırılmasına dair ümumi çağırışla kifayətlənib, lakin bu missiyaların mandatını Hörmüz boğazına şamil etməyib.

"Avropa Şurası (Aİ sammiti) Somalinin sahillərindəki "Atalanta" və Qırmızı dənizdəki "Aspides" müdafiə xarakterli Avropa missiyalarının rolunu vurğulayır və mövcud mandatları çərçivəsində onlara daha çox vəsait ayrılmasına çağırır" - deyə bəyanatda qeyd olunub. Sənəddə hətta bu missiyaların mandatının Hörmüz boğazına qədər genişləndirilməsinin — hansı ki, bunu əvvəllər Aİ-nin diplomatik xidməti təklif etmişdi — nəzəri imkanları belə yer almayıb və ABŞ-a hər hansı digər formada dəstəyin göstərilməsi qeyd olunmayıb.

Seçilən
96
afn.az

1Mənbələr