AZ

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Bakı. Trend:

Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfatedib.

Trend xəbər verir ki, bubarədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Onun 86 yaşında vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub.1962-64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Texnikumundaxanəndə Seyid Şuşinskinin kursunda təhsil alıb, 1977-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdəAzərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gəncmuğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiqgörülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışdığıillərdə bir sıra tamaşalarda yadda qalan obrazlar yaradıb, rollardaçıxış edib.

O, müğənni kimi də uğur qazanıb. Sənətdə olduğu illər ərzindərespublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq vəbəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

R.Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinəgörə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Seçilən
99
9
az.trend.az

10Mənbələr