AZ

Almaniyada hərbi xidmət keçmək istəyənlərin sayı artıb

Bakı. Trend:

Almaniyada yeni hərbi xidmət modelinin tətbiqindən sonra SilahlıQüvvələrdə (Bundesver) xidmət keçmək istəyənlərin sayı artır.Fevralın sonunadək 16,1 min nəfər hərbi xidmət keçmək üçün müraciətedib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Bu tendensiyaxidmətə yeni qəbul olunan hərbçilərin statistikasında da özünügöstərib. Belə ki, fevralda 5300-dən çox şəxs xidmətə qəbul olunub.Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Trend xəbər verir ki, bubarədə Almaniya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda qeyd edilib ki, xüsusilə yeni hərbi xidmət proqramıçərçivəsində sıravi əsgərlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.Hazırda Bundesverdə təxminən 13 400 nəfər könüllü qısamüddətlihərbi qulluqçu (6–11 ay) və qısamüddətli müqaviləli hərbçi (12-23ay) kimi xidmət edir. Bu göstərici də ötən illə müqayisədə 15 faizçoxdur.

Almaniyada ilin əvvəlindən qüvvəyə minmiş yeni hərbi xidmətqanununa əsasən 18 yaşlı bütün gənclərə hərbi xidmət barədə məktubgöndərilir və onlardan könüllü şəkildə xidmətə yazılmaları xahişolunur.

Hazırda Bundesverin aktiv şəxsi heyətinin sayı 186 200nəfərdir.

Seçilən
89
1
az.trend.az

4Mənbələr