Tibo Kurtuanın aqibəti müəyyənləşib. “Real”ın qapıçısının zədəsi ciddidi.
Çempionlar Liqasının (ÇL) “Mançester Siti” ilə son oyununda (2:1) sıradan çıxan belçikalı qolkiperin bud nahiyəsindəki əzələsində zədə aşkarlanıb. Tibonun bir neçə oyunu buraxacağı xəbər verilib. Kurtuanın yalnız mayda sıraya dönməsi proqnozlaşdırılır.
O, məlum səbəbdən ÇL-in 1/4 finalının “Bavariya” ilə oyunlarını buraxacaq. “Real” Almaniya klubu ilə aprelin 7-də evdə, aprelin 14-də isə səfərdə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta