AZ

Yerə son ayların ən güclü maqnit fırtınası təsir edəcək

Yerə son ayların ən güclü maqnit fırtınasının təsir edəcəyi gözlənilir. Məlumata görə, təbiət hadisəsi martın 19-dan başlayaraq 24-dək davam edəcək.

QHT.az xəbər verir ki, maqnit fırtınasının ən aktiv mərhələsi martın 19–21-i aralığında (G3–G4 – güclü və çox güclü səviyyə) müşahidə olunacaq. Daha sonra proses zəifləsə də, təsirləri ayın 24-dək davam edə bilər. Mütəxəssislər qeyd edirlər ki, bu hadisənin əsas səbəbi martın 17-də Günəşdə baş verən güclü alışma nəticəsində kosmosa atılan plazma və Günəş səthində müşahidə olunan koronal dəliklərdir.

Qeyd olunur ki, maqnit fırtınası əksər sağlam insanlar üçün ciddi təhlükə yaratmasa da, meteohəssas şəxslərdə baş ağrısı, təzyiq dəyişməsi, halsızlıq və yuxu pozğunluğu kimi hallar müşahidə oluna bilər. Bununla yanaşı, bəzi hallarda peyk naviqasiyası (GPS), rabitə sistemləri və elektrik şəbəkələrində qısamüddətli nasazlıqların yaranması istisna edilmir. Mütəxəssislər vətəndaşlara daha çox su qəbul etməyi, ağır qidalardan uzaq durmağı və fiziki yüklənməni azaltmağı tövsiyə edirlər.

 

Pərvanə Fərhadqızı

Seçilən
92
qht.az

1Mənbələr