Qubada 56 yaşlı qadın qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Zizik kəndində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla 60 yaşlı Ceyhun Ağasiyevin həyat yoldaşı 56 yaşlı Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra öz həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.
Hər iki şəxsin meyitini evdə qadının bacısı aşkarlayıb və ətrafdakılara məlumat verib. Məlum olub ki, Bakıda yaşayan Nigar Məhsimova bacısıgilə bayram münasibəti ilə gedib və xoşagəlməz mənzərə ilə qarşılaşıb.
Faktla bağlı Quba prokurorluğunda cinayət işi başlanıb. İstintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.