AZ

Mer çıxış edərkən başına göyərçin batırdı - VİDEO

İspaniyanın paytaxtı Madridin Meri Xose Luis Martinez-Almeyda açılışda çıxış edərkən başına quş batırıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə mətbuat azadlığı uğrunda mübarizədə həlak olan jurnalistlərə həsr olunmuş abidənin açılışı zamanı baş verib.

Mer əlini başına aparıb və onun əli də çirklənib.

Göyərçin gözlənilməz "müdaxiləsi" ilə çıxışı kəsilən mer hadisəyə zarafatla reaksiya verib.

"Aramızdakı fərqliliklər nə olursa olsun həqiqətlərin üstünlüyü hər zaman ali qalmalıdır. Və təbii ki, başqa bir şey ola bilməzdi. Bir göyərçinin tam da dünən etdirdiyim saç düzmünün üzərinə eniş etmə fikri ağlına gəlib. Görürsünüz? Bu, uğur gətirir. Şansımız açıq olsun”, -  deyə o söyləyib.

Almeyda daha sonra bir işçinin gətirdiyi dəsmalla başını silib.

Hadisə mərasimdə iştirak edənlər arasında gülüşə səbəb olub.

Açılış proqramı planlaşdırıldığı kimi davam edib.

Billurə

Seçilən
86
1
olke.az

2Mənbələr