Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın müdafiə naziri Pit Heqset 19 mart tarixində ölkənin İrana qarşı davam edən hava əməliyyatı çərçivəsində ən genişmiqyaslı zərbələr seriyasına başlayacağını bəyan edib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Pentaqonda keçirilən brifinq zamanı məlumat verib.
Heqsetin sözlərinə görə, əməliyyat çərçivəsində indiyədək İranın hərbi infrastrukturuna aid 7000-dən çox hədəf vurulub. Nazir qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi əməliyyatlar mərhələli deyil, kütləvi və yüksək dəqiqliklə icra olunur.
O vurğulayıb ki, bugünkü zərbələr seriyası bütün əməliyyat müddətində ən genişmiqyaslı olacaq və əvvəlki günlərin intensivliyi ilə müqayisə edilə bilər. Heqset həmçinin bildirib ki, ABŞ “öz şərtləri ilə qəti qələbə qazanır” və münaqişənin uzunmüddətli qarşıdurmaya çevriləcəyi ilə bağlı narahatlıqları rədd edib.
Pentaqon rəhbəri əlavə edib ki, əməliyyatın əsas məqsədlərindən biri İranın raket komplekslərini, buraxılış qurğularını və müdafiə-sənaye bazasını məhv etmək, eləcə də ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.