AZ

Nazir müavini beynəlxalq konfransda iştirak etdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada keçirilən Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.

Konfransın “Əməyin gələcəyi: Yeni istiqamətlərin müəyyən edilməsi” adlı sessiyasında çıxış edən Anar Bayramov Avropa Sosial Xartiyasının sosial hüquqların qorunmasının təməl daşı olduğunu, bugünkü dəyişikliklərin sürəti və miqyasının bu çərçivəni müdafiə etməyi, modernləşdirmə və gücləndirməyi tələb etdiyini bildirib.

Nazir müavini insan kapitalının inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin mərkəzində dayandığını vurğulayıb. O, son illər Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə üç dəfədən çox artım olduğunu qeyd edib.

Ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri, bu sahə üzrə xidmətlərə vahid platformadan çıxış imkanı yaradıldığı, 50-dən çox xidmətin proaktiv təqdim olunduğu, DOST modelinin üstünlükləri diqqətə çatdırılıb. “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün mühüm faydalarından bəhs olunub, bu e-sistemin işçilərin hüquqlarının qorunması baxımından e-nəzarətin tətbiqinə də imkan verdiyi vurğulanıb.

Seçilən
101
11
publika.az

10Mənbələr