AZ

İKTA: Bayram günlərində poçt göndərişlərində gecikmələr ola bilər

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciət edib.

Bu barədə "APA-Economics"ə İKTA-dan bildirilib.

Qeyd edilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər.

Bu baxımdan vətəndaşlara tövsiyə olunur ki, sifarişlərini planlaşdırarkən qeyd olunan dövrü nəzərə alsınlar və göndərişlərin çatdırılmasında mümkün gecikmələrə hazır olsunlar.

Poçt rabitəsi xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram günlərində də Agentliyin “E-Şikayət” sistemi vasitəsilə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
4
apa.az

6Mənbələr