AZ

"Hesab 1:0 olanda oyunçular daha artığına nail ola biləcəyimizi düşünürdülər"

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 2:5 hesabı ilə uduzduğu "Atletiko Madrid"ə evdə qalib gələrək (3:2) mübarizəni dayandıran "Tottenhem"in baş məşqçisi İqor Tudor Londondakı qarşılaşmanın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini London təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, qarışıq hisslər keçirirəm. Biz mübarizəni dayandırdıq, amma bu gün meydanda yaxşı komanda gördük. Futbolçular əla oynadılar. Matç başlayandan azarkeşlər bilirdilər ki, komanda mümkün ola hər şeyi edəcək. Tərəfdarlar bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. Hesab 1:0 olanda oyunçular daha artığına nail ola biləcəyimizi düşünürdülər. "Liverpul"la oyundan üç gün sonra belə futbol sərgiləmək çox vacib idi".

Toğrul

Seçilən
12
1
fanat.az

2Mənbələr