AZ

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bakı.Trend:

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarınaabunə yazılışı uğurla tamamlanıb.

4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışımüddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarınaböyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdəntəxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadıbir daha nümayiş etdirir.

Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması,ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədiləfiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onlarınmüraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fizikişəxs əldə edib.

İnvestorların 97%-i sifarişlərini ABB mobile tətbiqi vasitəsiləhəyata keçirib.

Hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsindəburaxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 ilmüddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdimedilib.

Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidənazaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqıimkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavülediləcək.

ABB istiqrazları Bankın daimi məhsullarından olacaq. Bundansonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklifediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elanolunacaq.

ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdimetməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfəverir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Məqalədə:
Seçilən
114
8
az.trend.az

9Mənbələr