AZ

Müharibə sülh müqaviləsini arxa plana atır?

“Sülh prosesinin bundan sonrakı gedişatı Ermənistandakı daxili siyasi vəziyyətdən asılıdır”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində qlobal dünyada hazırki siyasi proseslər fonunda Azərbaycan-Ermənistan sülh prosesinin gedişatı barədə fikirlərini bölüşərkən bildirib. O qeyd edib ki, hazırda dünyada ciddi siyasi proseslər cəriyan edir: 

“Beynəlxalq siyasətə öz təsirini göstərən iki müharibə gedir. Bunlardan biri Rusiya-Ukrayna müharibəsidir ki, bu da dünyadakı indiki proseslərdə öz təsirini göstərir. İkincisi, ABŞ-İsrail-İran müharibəsidir. Son iki həftədən çoxdur ki, bu müharibə dünyanın diqqət mərkəzindədir. Müharibə artıq dünya iqtisadiyyatında müəyyən təlatümlərə gətirib çıxarıb. 

Bu baxımdan, şərait elədir ki, vəziyyət istənilən an dəyişə bilər. O ki qaldı qlobal proseslərin Azərbaycan-Ermənistan sülh prosesinə təsirinə, bu, Ermənistanda daxili siyasi vəziyyətdən, xüsusilə də yaxın zamanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. 

Əgər Paşinyan və onun komandası bu seçkilərdə qalib gələcəksə, o zaman Azərbaycanın tələbi üzrə ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməlidir. Azərbaycanın maraqlarına uyğun konstitusiyada dəyişikliklər ediləcəksə, o zaman Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaq. 

Yox, əgər bu seçkilərdə Rusiyameyilli revanşist qüvvələr hakimiyyətə gələcəksə, onda şübhəsiz ki, sülh müqaviləsinin imzalanması imkansız hala çevriləcək. Yəni bu prosesə həm daxili, həm də xarici amillər öz təsirini göstərir”. 

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr