AZ

Məktəblilərin bahar sevinci

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bayram tədbirlərində şagirdlərə milli-mənəvi dəyərlər, xalqımızın zəngin mədəni irsi, bayramın tarix boyu formalaşmış adət-ənənələri və rəmzləri, onların mənaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Novruz təbiətin oyanışını, yenilənməni simvolizə etməklə yanaşı, həm də insanlar arasında birlik, həmrəylik və mərhəmət kimi dəyərləri təşviq edir.

Bayram tədbirlərində milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, Kosa və Keçəlin məzəli əhvalatları təqdim olunub, şagirdlər bahara, Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, milli rəqslər, xalq oyunları nümayiş etdiriblər.

Qeyd edək ki, bayram şənliklərinin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşmasına, adət-ənənələrimizin qorunub saxlanmasına və gənc nəslə ötürülməsinə töhfə verməkdən ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr